Sumqayıtda piyadalar üçün təhlükəli vəziyyət yaranıb.
Sumqayit24.az xəbər verir ki, 20 Yanvar küçəsində, Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin qarşısında çoxmərtəbəli yaşayış binalarının tikintisi aparılır. Lakin tikinti zamanı insanların təhlükəsizliyi nəzərə alınır.
Tikinti üçün lazım olan və inşaat materiallarını yuxarı mərtəbəyə qaldıran liftlə bağlı görülən təhlükəsizlik tədbirləri lazımi qaydada deyil. Küçədə yüngül konstruksiyalı qoruma səddi qurulsa da, fotodan da aydındır ki, içində inşaat materialları olan ağır lift üçün bu ciddi qoruyucu baryer sayılmır. Havaların küləkli olduğunu da nəzərə alsaq, küçədə hərəkət edən insanları hansı təhlükənin gözlədiyini anlaşılar.
Bədbəxt hadisə baş vermədən məsul şəxslər tərəfindən təcili tədbirlər görülməlidir.