Sumqayıt şəhərinin Nizami küçəsində zibil qutuları sakinlərin ciddi narazılığına səbəb olub.
Sumqayit24.az-a daxil olan şikayətdə bildirilir ki, qutular 7-8-12-ci məhəllədə (birləşmiş məhəllələr) səkinin üzərinə qoyulub və bu, piyadaların hərəkətini çətinləşdirir.
Sakinlərin sözlərinə görə, zibil qutularının ətrafına atılan tullantılar vaxtında daşınmır, nəticədə əraziyə üfunət yayılır və antisanitar şərait yaranır:
"Uşaqlar məktəbə gedəndə ya maşın yoluna çıxıb, özlərini təhlükəyə atırlar, ya da zibilin üstündən keçməli olurlar".
Vətəndaşlar aidiyyəti qurumlardan zibil qutularının daha uyğun yerə köçürülməsini və ərazidə təmizlik işlərinin gücləndirilməsini tələb edirlər.