top
SDU-nun tələbəsi olmuş müəllimdən MAKSİMUM NƏTİCƏ
Foto Müsahi̇bə
Dünən, 18:16
- +

SDU-nun tələbəsi olmuş müəllimdən MAKSİMUM NƏTİCƏ

Ötən həftə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 7-10 oktyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri açıqlanıb.

Belə ki, müsahibə mərhələsindən maksimum nəticə əldə edənlərdən biri də Sumqayıt Dövlət Universitetinin (SDU) tələbəsi olmuş Gülnar Osmanovadır.

AzEdu.az saytı Gülnar müəllimlə əlaqə saxlayıb, təəssüratlarını öyrənib.

Müsahibimiz imtahan sualları ilə tanış olan zaman yüksək bal toplayacağından əmin olduğunu dilə gətirib:

"2001-ci ildə Sumqayıt Dövlət Universitetinin (SDU) Fizika-Elektroenergetika fakültəsinin fizika və fizika müəllimi ixtisasına qəbul olmuşam. 2005-ci ildə həmin fakültəni bitirmişəm. Hazırda Qəbələ rayonu, Vəndam qəsəbə Hikmət Rəşidov adına 2 nömrəli tam orta məktəbdə fizika müəllimi kimi fəaliyyət göstərirəm. 20 ildən artıqdır ki, həmin məktəbdə işləyirəm. Təhsilverənlərin sertifikatlaşdırılması imtahanının test mərhələsindən 57, müsahibə mərhələsindən isə 40 bal toplamışam.
İlk növbədə imtahanın keçirilməsini müsbət qiymətləndirirəm. Savadlı, zəhmətkeş müəllimlərin önə çıxmasında rolu var. Buna görə də çox yaxşı qiymətləndirirəm. İmtahan suallarını cavablandırmaqda çətinlik çəkmədim. Düzdür, 50-dən yuxarı bal toplayacağımı gözləyirdim, lakin 57 bal toplamağım mənə sürpriz oldu. İmtahan suallarını görəndə yüksək bal yığacağımdan daha da əmin oldum".

Çox çalışan insan zəhmətinin bəhrəsini görür:

"Əslində bir imtahanla müəllimin bilik və bacarıqlarını tam da müəyyən etmək olmur. Yəni 50 sualla tam olaraq müəllimin bilik və bacarığını qiymətləndirmək mümkün deyil. Elə ola bilər ki, hansısa bir müəllim həyəcandan dolayı sualları cavablandıra bilməyib. Lakin ümumilikdə bu prosesi müsbət qiymətləndirirəm.
İmtahana özüm hazırlaşmışam. Yəni bunun üçün heç bir müəllim yanına üz tutmamışam. İmtahana düşən suallar demək olar ki, orta məktəb səviyyəsində suallar idi. Çox çətin sual yox idi. Sadəcə müəllimlər öz üzərində işləməklə bunun öhdəsindən gələ bilər. Çox çalışan insan zəhmətinin bəhrəsini görür".

Son xəbərlər

Bu gün
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası - Bir sıra kəndlər düşməndən təmizlənib

Bu gün
Dünən, 19:00

Saray sakinlərinin sevinci uzun çəkmədi

Bu gün
Dünən, 18:41

Sumqayıtda tanınmış gimnaziyanın şagirdləri sinifsiz qalıb

Bu gün
Dünən, 18:00

STM-də görüş keçirilib

Bu gün
Dünən, 17:34

7 illik vergi güzəşti ləğv olunur

Bu gün
Dünən, 17:10

Yaşayış minimumu və ehtiyac meyarı ARTIRILIR

İdman
Dünən, 16:42

Sumqayıt stadionu "Araz-Naxçıvan"nın oyunlarına ev sahibliyi edəcək

Bu gün
Dünən, 16:17

Ətin qiyməti bahalaşdı

İdman
Dünən, 15:50

"Azərbaycan çempionatında hər oyun çətin keçir" - "Sumqayıt"ın legioneri

Bu gün
Dünən, 15:21

AZAL-ın təyyarə qəzası ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

Bu gün
Dünən, 14:58

Milli Qəhrəman Şükür Həmidovun anım günüdür

Bu gün
Dünən, 14:29

Prezidentdən dabaq xəstəliyi ilə bağlı FƏRMAN

Yollar və Küçələr
Dünən, 14:01

Sumqayıtda poçt ərazisində şirniyyat sexi açmaq istəyirlər - ŞİKAYƏT

Bu gün
Dünən, 13:35

Sumqayıtda 71 yaşlı kişi yıxılıb ÖLDÜ

Bu gün
Dünən, 13:18

Sumqayıtın hava proqnozu açıqlanıb

Bu gün
Dünən, 12:50

Azərbaycan niyə ürək çatışmazlığına görə ön sıralardadır?

Bu gün
Dünən, 12:21

Bu həkimlərə maaşa əlavələr veriləcək

İdman
Dünən, 11:55

"Atletik" "Qarabağ"la oyuna bu heyətlə çıxacaq

Kommunal Məsələlər
Dünən, 11:24

Coratda qaz təchizatında fasilə olacaq

Mənim Şəhərim
Dünən, 11:04

Sumqayıtda yenidənqurma işləri aparılır

İdman
Dünən, 10:40

"Qarabağ" bu gün "Atletik Bilbao" ilə qarşılaşacaq

İdman
Dünən, 10:13

Sumqayıt regional yarışa hazırlaşır

Bu gün
Dünən, 09:46

Sumqayıtda 958 min manatlıq tender ləğv edildi

Oxşar xəbərlər