"Araz-Naxçıvan"ın ev oyunlarını keçirdiyi "Liv Bona Dea Arena" stadionu noyabrın 30-dək əsaslı təmirə bağlanıb.
Sumqayit24.az xəbər verir ki, təmirlə əlaqədər XI turun "Araz-Naxçıvan" – "Karvan-Yevlax" və XII turunun "Araz-Naxçıvan" – "Turan Tovuz" oyunları Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Qeyd edək ki, oyunların tarix və başlama vaxtlarında dəyişiklik yoxdur.