top
Sumqayıtda tanınmış gimnaziyanın şagirdləri sinifsiz qalıb
Video
Dünən, 18:41
- +

Sumqayıtda tanınmış gimnaziyanın şagirdləri sinifsiz qalıb

Sumqayıt şəhərində yerləşən Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdləri hazırda sinif otaqlarından məhrum vəziyyətdədirlər.

Yeni Müsavat.az-a müraciət edən valideynlər bildiriblər ki, bir neçə həftə əvvəl təhsil ocağında qəza baş verib və bundan sonra məktəbin dərhal təmirə bağlandığı açıqlanıb.

Valideynlərin sözlərinə görə, məktəbin bağlanmasından iki həftə keçsə də, gimnaziyanın şagirdləri üçün uyğun tədris binası hələ də tapılmayıb:

"Şagirdlərin təhlükəsizliyi üçün köçürülmə zəruri idi, amma indi uşaqlarımız dərsə hara getməli olduqlarını bilmirlər. Sanki Sumqayıtda məktəb yoxdur. Nəticədə gimnaziyanın şagirdlərini İstedad liseyinə göndəriblər. Lakin oradakı şərait gimnaziyanın özündən də pisdir".

Məlumatda qeyd olunur ki, gimnaziyanın köçürüldüyü binanın köhnə korpusunda dərs keçmək həm müəllimlər, həm də uşaqlar üçün ciddi narahatlıq doğurur:

"Otaqlarda nəmişlikdən nəfəs almaq olmur, havası ağırdır. Otaqları iy basıb. Hətta şagirdlər dünən ayaqyoluna gedəndə qapını tapa bilməyiblər. Gimnaziyanın 10 və 11-ci sinifləri isə məktəbin emalatxanasında dərs keçirlər".

Valideynlər bildirirlər ki, ölkənin ən yüksək nəticə göstərən təhsil müəssisələrindən biri olan Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyasının bu vəziyyətə düşməsi qəbuledilməzdir:

"Bu məktəb həm buraxılış imtahanlarında, həm də ali məktəblərə qəbulda nəticələrinə görə lider təhsil ocaqlarındandır. Amma indi şagird sıxlığı o qədər artıb ki, övladlarımız dərsdə oturmağa yer tapa bilmir".

Müraciət edən valideynlər təhsil rəhbərliyindən gimnaziya şagirdlərinin normal şəraitdə təhsil alması üçün təcili addımlar atılmasını, məktəb üçün uyğun və sağlam tədris mühiti təmin olunmasını tələb edirlər.

"Bizim övladlarımız bu gimnaziyaya yüksək balla qəbul olunublar. Onların sağlamlığı, təhsil mühiti və motivasiyası dövlət səviyyəsində qorunmalıdır", - deyə valideynlər vurğulayıblar.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirildi ki, araşdırma aparıb ətraflı məlumat veriləcək.

Son xəbərlər

Bu gün
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası - Bir sıra kəndlər düşməndən təmizlənib

Bu gün
Dünən, 19:00

Saray sakinlərinin sevinci uzun çəkmədi

Mənim Şəhərim
Dünən, 18:16

SDU-nun tələbəsi olmuş müəllimdən MAKSİMUM NƏTİCƏ

Bu gün
Dünən, 18:00

STM-də görüş keçirilib

Bu gün
Dünən, 17:34

7 illik vergi güzəşti ləğv olunur

Bu gün
Dünən, 17:10

Yaşayış minimumu və ehtiyac meyarı ARTIRILIR

İdman
Dünən, 16:42

Sumqayıt stadionu "Araz-Naxçıvan"nın oyunlarına ev sahibliyi edəcək

Bu gün
Dünən, 16:17

Ətin qiyməti bahalaşdı

İdman
Dünən, 15:50

"Azərbaycan çempionatında hər oyun çətin keçir" - "Sumqayıt"ın legioneri

Bu gün
Dünən, 15:21

AZAL-ın təyyarə qəzası ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

Bu gün
Dünən, 14:58

Milli Qəhrəman Şükür Həmidovun anım günüdür

Bu gün
Dünən, 14:29

Prezidentdən dabaq xəstəliyi ilə bağlı FƏRMAN

Yollar və Küçələr
Dünən, 14:01

Sumqayıtda poçt ərazisində şirniyyat sexi açmaq istəyirlər - ŞİKAYƏT

Bu gün
Dünən, 13:35

Sumqayıtda 71 yaşlı kişi yıxılıb ÖLDÜ

Bu gün
Dünən, 13:18

Sumqayıtın hava proqnozu açıqlanıb

Bu gün
Dünən, 12:50

Azərbaycan niyə ürək çatışmazlığına görə ön sıralardadır?

Bu gün
Dünən, 12:21

Bu həkimlərə maaşa əlavələr veriləcək

İdman
Dünən, 11:55

"Atletik" "Qarabağ"la oyuna bu heyətlə çıxacaq

Kommunal Məsələlər
Dünən, 11:24

Coratda qaz təchizatında fasilə olacaq

Mənim Şəhərim
Dünən, 11:04

Sumqayıtda yenidənqurma işləri aparılır

İdman
Dünən, 10:40

"Qarabağ" bu gün "Atletik Bilbao" ilə qarşılaşacaq

İdman
Dünən, 10:13

Sumqayıt regional yarışa hazırlaşır

Bu gün
Dünən, 09:46

Sumqayıtda 958 min manatlıq tender ləğv edildi

Oxşar xəbərlər