Sumqayıtda yaşamış qəhrəman polkovnikin anım günüdür.
Şükür Nəriman oğlu Həmidov 1 aprel 1975-ci ildə Qubadlının Armudluq kəndində 10 uşaqlı ailədə anadan olub.
Şükürov ailəsi ilə birlikdə Qubadlıdan köçkün düşüb və 1993-cü ildə Sumqayıtda məskunlaşıb. O, Aprel döyüşləri və Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək, 22 oktyabr 2020-ci ildə doğma yurdu olan Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhidliyə ucalıb. II Fəxri xiyabanda torpağa tapşırılıb.
Şəhid polkovnik ölümündən sonra "Zəfər" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub. Şükür Həmidov son 17 il ərzində sağlığında Milli Qəhrəman adına layiq görülən yeganə şəxs idi.