Sumqayıtda qurumun yarımçıq işi sakinlərdə narahatlıq yaradıb.
Məsələ ilə bağlı Sumqayit24.az-a 10-cu mikrorayon bina 41-in sakinləri yenə müraciət ediblər.
Vətəndaşların sözlərinə əsasən, "Azərsu" ASC qəzalı borunun təmiri ilə əlaqədar ərazidə qazıntı işləri həyata keçirib. Sonra isə ərazini təmir etmədən, işi yarımçıq qoyaraq gediblər.
"Sonradan gəlib asfalt çəkməyə çalışsalar da, lakin yenə də işlərini yarımçıq qoyub getdilər",- deyə şikayətçilərdən biri bildirib.
Xatırladaq ki, bu, məsələ ilə bağlı ilk şikayət deyil. 23 sentyabr tarixində də ərazidəki vəziyyətlə bağlı problem tərəfimizdən işıqlandırılıb.
Bir sözlə, vətəndaşlar aidiyyəti qurumdan sözügedən yerdə işlərin tamamlanmasını tələb edirlər.