Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən "Sumqayıt Küçə İşıqları" Təsərrüfat Hesablı Xidmət Sahəsi elektrik mal-materiallarının və digər əlaqəli malların satın alınması ilə bağlı elan etdiyi tenderi ləğv edib.
32gun.az-ın məlumatına görə, satınalmanın ehtimal olunan dəyəri 958 min 689,28 manat təşkil edirdi.
Tenderin ləğv edilməsinə səbəb müsabiqəyə təklif verən malgöndərənlərin sayının qanunvericiliklə müəyyən edilən minimum həddən – yəni üçdən az olmasıdır.
Qanunun 36.1.1-ci maddəsinə əsasən, bu halda satınalma proseduru tamamlanmış hesab edilmir və tender ləğv olunur.