Coratda qəsəbəsində qaz təchizatında fasilə yaranacaq.
Sumqayit24.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB Sumqayıt QİS məlumat yayıb.
Qeyd olunub ki, mövcud qaz sayğaclarının yeni xəttin üzərinə köçürülməsi ilə əlaqədar bu gün saat 12:00-dan etibarən, Corat qəsəbəsində (məktəbin yanı-dörd yol adlanan ərazi) 500 abonentin qaz təchizatı dayandırılacaq.
Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa olunacaq.