Sumqayıtda 5 nömrəli avtobusda təhlükəli vəziyyət yaranıb.
Sumqayit24.az-a daxil olan məlumata görə, sözügedən avtobusun döşəməsi qəzalı vəziyyətdədir.
Görüntüdən də aydındır ki, döşəmədə iri çat yaranıb. Gündəlik olaraq da xeyli insanın bu avtobusdan istifadə etdiyini nəzərə alsaq, çatın böyümə riski daha da artır.
Bir sözlə, vətəndaşlar avtobusdakı problemin həll edilməsini tələb edirlər.