top
Beynəlxalq olimpiada Sumqayıta gəlir
18 oktyabr 2025, 11:20
- +

Beynəlxalq olimpiada Sumqayıta gəlir

Sumqayıt şəhərində keçiriləcək "Turkic International Mathematical Olympiad" (TIMO) üçün qeydiyyat başlayıb.

Sumqayit24.az xəbər verir ki, Türk dünyasının ilk beynəlxalq riyaziyyat olimpiadası "Global Olympiad Center" tərəfindən təşkil olunur. 

Akademik heyəti türk dünyasının nüfuzlu professor və alimlərindən ibarət olan TIMO, şagirdlərdə riyaziyyata marağı artırmaq, analitik və məntiqi düşünmə bacarıqlarını inkişaf etdirmək, həmçinin türk ölkələrinin gənclərini elm və bilik ətrafında birləşdirməyi hədəfləyir.

Olimpiadada 2–11-ci sinif şagirdləri iştirak edə bilərlər. Hər bir şagird öz sinfi üzrə imtahan verəcək. Suallar sinif səviyyəsinə beynəlxalq olimpiada və yarış proqramına uyğun hazırlanacaq.

İbtidai siniflər üçün imtahan 20 sualdan ibarət olacaq və 60 dəqiqə davam edəcək, 5–11-ci siniflər üçün isə 25 sual təqdim olunacaq, cavablandırma müddəti 90 dəqiqədir. TIMO-nun sual strukturu sadəcə riyaziyyat biliklərini yoxlamır — şagirdin düşünmə qabiliyyətini, məntiqi yanaşmasını və analitik qərarvermə bacarığını inkişaf etdirməyi hədəfləyir.

İmtahan mövzuları:

İbtidai siniflər (2–4): riyazi ardıcıllıqlar, sadə məntiq tapşırıqları, düşüncə oyunları. Yuxarı siniflər (5–11): riyaziyyat, analiz, kombinatorika, tənliklər və tətbiqi məntiq üzrə çoxvariantlı tapşırıqlar.

Bu model sayəsində hər bir iştirakçı öz yaş səviyyəsinə uyğun beynəlxalq dəyərləndirmə sistemi ilə qiymətləndiriləcək. TIMO-nun məqsədi şagirdlərə yalnız suallara cavab verməyi deyil, riyaziyyatla düşünməyi öyrətməkdir.

Olimpiadanın ölkə mərhələsində yüksək nəticə göstərən şagirdlər aşağıdakı nisbətdə mükafatlandırılacaqlar:

● Top 5 faiz – Qızıl medal

● Top 10 faiz – Gümüş medal

● Top 15 faiz – Bürünc medal

Digər iştirakçılar fərqlənmə diplomu və iştirak sertifikatı əldə edəcəklər. Medal qazanan şagirdlər olimpiadanın beynəlxalq final mərhələsində iştirak hüququ qazanacaqlar.

Bu il üçüncü dəfə keçiriləcək TIMO-nun beynəlxalq final mərhələsi ilk dəfə Bakı şəhərində baş tutacaq. Əvvəlki illərdə final mərhələləri İstanbul Texniki və Akdeniz universitetlərində (Antalya) təşkil olunub.

Bakı finalında 40-dan çox ölkədən şagirdlərin iştirakı gözlənilir. Onların sırasında – Avstraliya, Banqladeş, Almaniya, Fransa, Yaponiya, Böyük Britaniya, ABŞ, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Tayland, Hindistan, Çin, Malayziya, İtaliya, İspaniya, İsveç, Bolqarıstan, Norveç, Niderland, Portuqaliya, Rumıniya, İran, Küveyt, İrlandiya, Özbəkistan, Türkmənistan, Bəhreyn, Kanada, Finlandiya, İordaniya, Qazaxıstan, Rusiya, Filippinlər, Nigeriya, Qırğızıstan və digər ölkələr.

Təşkilatçılar bildiriblər ki, TIMO-nun Azərbaycanda keçirilməsi ölkə üçün həm elmi, həm də simvolik əhəmiyyət daşıyır. Bu olimpiada şagirdlərə yalnız biliklərini sınamaq deyil, həm də beynəlxalq səviyyədə özünü göstərmək və gələcək akademik inkişaf üçün təcrübə qazanmaq imkanı yaradır.

Olimpiada dekabrın 21-də baş tutacaq. İştirak etmək istəyənlər artıq goc.edu.az saytına daxil olaraq onlayn qeydiyyatdan keçə bilərlər.

 

Son xəbərlər

Bu gün
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası - Bir sıra kəndlər düşməndən təmizlənib

Bu gün
Dünən, 19:00

Saray sakinlərinin sevinci uzun çəkmədi

Bu gün
Dünən, 18:41

Sumqayıtda tanınmış gimnaziyanın şagirdləri sinifsiz qalıb

Mənim Şəhərim
Dünən, 18:16

SDU-nun tələbəsi olmuş müəllimdən MAKSİMUM NƏTİCƏ

Bu gün
Dünən, 18:00

STM-də görüş keçirilib

Bu gün
Dünən, 17:34

7 illik vergi güzəşti ləğv olunur

Bu gün
Dünən, 17:10

Yaşayış minimumu və ehtiyac meyarı ARTIRILIR

İdman
Dünən, 16:42

Sumqayıt stadionu "Araz-Naxçıvan"nın oyunlarına ev sahibliyi edəcək

Bu gün
Dünən, 16:17

Ətin qiyməti bahalaşdı

İdman
Dünən, 15:50

"Azərbaycan çempionatında hər oyun çətin keçir" - "Sumqayıt"ın legioneri

Bu gün
Dünən, 15:21

AZAL-ın təyyarə qəzası ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

Bu gün
Dünən, 14:58

Milli Qəhrəman Şükür Həmidovun anım günüdür

Bu gün
Dünən, 14:29

Prezidentdən dabaq xəstəliyi ilə bağlı FƏRMAN

Yollar və Küçələr
Dünən, 14:01

Sumqayıtda poçt ərazisində şirniyyat sexi açmaq istəyirlər - ŞİKAYƏT

Bu gün
Dünən, 13:35

Sumqayıtda 71 yaşlı kişi yıxılıb ÖLDÜ

Bu gün
Dünən, 13:18

Sumqayıtın hava proqnozu açıqlanıb

Bu gün
Dünən, 12:50

Azərbaycan niyə ürək çatışmazlığına görə ön sıralardadır?

Bu gün
Dünən, 12:21

Bu həkimlərə maaşa əlavələr veriləcək

İdman
Dünən, 11:55

"Atletik" "Qarabağ"la oyuna bu heyətlə çıxacaq

Kommunal Məsələlər
Dünən, 11:24

Coratda qaz təchizatında fasilə olacaq

Mənim Şəhərim
Dünən, 11:04

Sumqayıtda yenidənqurma işləri aparılır

İdman
Dünən, 10:40

"Qarabağ" bu gün "Atletik Bilbao" ilə qarşılaşacaq

İdman
Dünən, 10:13

Sumqayıt regional yarışa hazırlaşır

Bu gün
Dünən, 09:46

Sumqayıtda 958 min manatlıq tender ləğv edildi

Oxşar xəbərlər