top
Sumqayıtda kişi barışmaq istəməyən keçmiş arvadına BIÇAQ ÇƏKDİ
15 oktyabr 2025, 12:23
- +

Sumqayıtda kişi barışmaq istəməyən keçmiş arvadına BIÇAQ ÇƏKDİ

Sumqayıt şəhərində 1988-ci il təvəllüdlü Vüsal şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Səbinəyə (adlar şərtidir – red.) xəsarət yetirib.

 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 5-ci mikrorayon ərazisində yerləşən "Şaurma" restoranının yaxınlığında baş verib.

 

Vüsal orada şəxsi münasibətlərin pozulması zəminində baş verən mübahisə zamanı bıçaqla zərərçəkən şəxsin sağ əl nahiyəsinə bir dəfə qəsdlə vurub.

 

Hadisəni törədən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

 

İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Səbinə onun keçmiş həyat yoldaşıdır:

 

"Biz 2012-ci ildə ailə həyatı qurmuşuq və 6 övladımız var. 2024-cü ildə isə rəsmi şəkildə ayrıldıq. Boşandıqdan sonra tez-tez övladlarımı görmək üçün onun yaşadığı ünvana gedirdim. Son günlərdə övladlarıma görə onunla barışmaq istəmişəm. Buna görə zərərçəkmiş şəxs ilə mübahisələrimiz olub".

 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, təxminən saat 23:00-da 5-ci mikrorayon ərazisində yerləşən "Şaurma" restoranının yaxınlığında Səbinəyə yaxınlaşaraq barışmaq istədiyini bildirib:

 

"Lakin üzərimə qışqıraraq təkidlə barışmayacağını dedi və aramızda mübahisə yarandı. Bu  zaman şalvarımın arxa cibində saxladığım, meyvə doğramaq üçün istifadə etdiyim bıçaqla onu qorxutmaq istədim. Həmin vaxt zərərçəkmiş şəxs bıçağın tiyəsindən yapışdı, onu burmağa çalışdı. Bıçağı özümə tərəf çəkməyə çalışdım. Bu zaman bıçaq onun əlini kəsdi. Dərhal zərərçəkmiş şəxsə kömək edərək yaxınlıqda olan aptekdən bint alaraq onun əlini sarıdım və evə apardım. Sonradan onun məndən polisə şikayət etdiyini öyrəndim".

 

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Həmçinin zərərçəkən keçmiş həyat yoldaşını bağışladığını, ona qarşı şikayətini geri götürdüyünü deyib.

 

Bu səbəbdən hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.

 

Son xəbərlər

Bu gün
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası - Bir sıra kəndlər düşməndən təmizlənib

Bu gün
Dünən, 19:00

Saray sakinlərinin sevinci uzun çəkmədi

Bu gün
Dünən, 18:41

Sumqayıtda tanınmış gimnaziyanın şagirdləri sinifsiz qalıb

Mənim Şəhərim
Dünən, 18:16

SDU-nun tələbəsi olmuş müəllimdən MAKSİMUM NƏTİCƏ

Bu gün
Dünən, 18:00

STM-də görüş keçirilib

Bu gün
Dünən, 17:34

7 illik vergi güzəşti ləğv olunur

Bu gün
Dünən, 17:10

Yaşayış minimumu və ehtiyac meyarı ARTIRILIR

İdman
Dünən, 16:42

Sumqayıt stadionu "Araz-Naxçıvan"nın oyunlarına ev sahibliyi edəcək

Bu gün
Dünən, 16:17

Ətin qiyməti bahalaşdı

İdman
Dünən, 15:50

"Azərbaycan çempionatında hər oyun çətin keçir" - "Sumqayıt"ın legioneri

Bu gün
Dünən, 15:21

AZAL-ın təyyarə qəzası ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

Bu gün
Dünən, 14:58

Milli Qəhrəman Şükür Həmidovun anım günüdür

Bu gün
Dünən, 14:29

Prezidentdən dabaq xəstəliyi ilə bağlı FƏRMAN

Yollar və Küçələr
Dünən, 14:01

Sumqayıtda poçt ərazisində şirniyyat sexi açmaq istəyirlər - ŞİKAYƏT

Bu gün
Dünən, 13:35

Sumqayıtda 71 yaşlı kişi yıxılıb ÖLDÜ

Bu gün
Dünən, 13:18

Sumqayıtın hava proqnozu açıqlanıb

Bu gün
Dünən, 12:50

Azərbaycan niyə ürək çatışmazlığına görə ön sıralardadır?

Bu gün
Dünən, 12:21

Bu həkimlərə maaşa əlavələr veriləcək

İdman
Dünən, 11:55

"Atletik" "Qarabağ"la oyuna bu heyətlə çıxacaq

Kommunal Məsələlər
Dünən, 11:24

Coratda qaz təchizatında fasilə olacaq

Mənim Şəhərim
Dünən, 11:04

Sumqayıtda yenidənqurma işləri aparılır

İdman
Dünən, 10:40

"Qarabağ" bu gün "Atletik Bilbao" ilə qarşılaşacaq

İdman
Dünən, 10:13

Sumqayıt regional yarışa hazırlaşır

Bu gün
Dünən, 09:46

Sumqayıtda 958 min manatlıq tender ləğv edildi

Oxşar xəbərlər