Sumqayıtda oğurluq hadisəsi baş verib.
Sumqayit24.az xəbər verir ki, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən iki evdən oğurluq etməkdə şübhəli bilinən Zahir Rəhimov, İlqar Səfərov, Bayram Təhməzov, Cövlan Kərimov və dəstə üzvü olan bir qadın saxlanılıb.
Onlar mənzillərdən 13.000 manat və zinət əşyalarını ələ keçirərək aralarında bölüblər.
Məlum olub ki, həmin şəxslər Sumqayıt şəhəri ərazisində yerləşən daha iki evdən də oğurluq ediblər.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.