Sumqayıtın bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılıb.
Sumqayit24.az xəbər verir ki, 52-ci məhəllə, Novxanı bağları, Qurd dərəsi və Saray bağları yaşayış ərazilərinin qaz xəttində yaranan qəzanın aradan qaldırılması ilə əlaqədar saat 13:50-dən qaz təchizatı dayandırılıb.
Hal-hazırda təmir-bərpa işləri görülür.