Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.
Sumqayit24.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB Sumqayıt QİS məlumat yayıb.
Qeyd olunub ki, balans qovşaqlarının mövcud xəttə qoşulması ilə əlaqədar saat 10:00-dan etibarən, Təzə Corat 1 (Novxanı şossesi) və Təzə Corat 2 (Məscidin sağ tərəfi) ərazilərində ümumilikdə 650 abonentin qaz təchizatı işlər başa çatanadək dayandırılacaq.
Qaz təchizatı işlər tam yekunlaşdıqdan sonra bərpa ediləcək.