"Mən bunu etmək istəsəm belə, anam icazə verməyəcək".
Bu sözləri "Sportinfo TV"nin efirində Sumqayıt" futbol klubunun əvəzedici komandasının baş məşqçisi Vaqif Cavadov deyib.
Gənc mütəxəssis ondan "Tvente"nin formasını istəyən azarkeşə hədiyyə verə bilməyəcəyini söyləyib:
"Oradan gələndə dörd dəst formam var idi. Üçünü hədiyyə etdim, özümdə biri qaldı.
Onu da hədiyyə etmək istəsəm, anam icazə verməyəcək. İnşallah, nə vaxtsa Niderlanda yolum düşsə, oradan alıb gətirərəm".