Azərbaycan Cüdo Federasiyasında hesabat-seçki konfransı keçirilib.
İdman.biz-in əldə etdiyi məlumata görə, konfrans "Four Seasons" hotelində mediaya qapalı formada baş tutub. Seçkilərin nəticəsinə görə, federasiyanın prezidenti yenidən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev seçilib.
Qeyd edək ki, R.Nəbiyev 26 avqust 1977-ci ildə Sumqayıt şəhərində anadan olub.