Sumqayıtli gənc boksçu parlaq qələbə qazanıb.
Sumqayit24.az xəbər verir ki, Qazaxıstanda keçirilən professional boks gecəsində həmşəhərlimiz Eldar Babayev yerli idmançı Nikolay Dumanı ilk raundda nokautla məğlub edib.
Qeyd edək ki, Eldar professional səviyyədə 5 döyüş keçirib, onlardan 3-ü nokaut olmaqla 4 qələbə qazanıb. O, həmçinin 4 qat respublika çempionu, 2018-ci ildə keçirilən Heydər Əliyev adına kubokun qalibidir. 2018 və 2019-cu illər Avropa çempionatının iştirakçısı və bir çox beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır.