top
Sumqayıtın qapıçısı: Məni milliyə layiq bilsələr, dəvət göndərəcəklər
20 oktyabr 2025, 16:10
- +

"Sumqayıt"ın qapıçısı: "Məni milliyə layiq bilsələr, dəvət göndərəcəklər"

 

   Sportinfo.az "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətovun müsahibəsini təqdim edir:

- Premyer Liqanın 8-ci turunda "Karvan-Yevlax"ı rahatlıqla məğlub etdiniz. 4:1 hesablı qələbəni necə şərh edərdiniz?

- Oyun bizim üstünlüyümüzlə keçdi. Layiqli qələbə qazandıq. Düzdür, qol buraxmağımız heç də xoş deyil. İstərdim ki, qapımı toxunulmaz saxlayım.

- Hesab arasındakı fərqin böyük olacağını gözləyirdiniz?

- Həftə boyu matça yaxşı hazırlaşmışdıq. Hücumda effektli çıxış etdik, əldə etdiyimiz şansları dəyərləndirdik. Ona görə də böyükhesablı qələbə qazandıq.

- Görünən odur ki, çempionatda yaranan fasilə "Sumqayıt"a müsbət təsir edib. Razısınız?

- Bəli. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə bizə pis təsir etmədi. Yaxşı hazırlaşdıq. Düzdür, bəzi futbolçularımız millidə idilər, həm əsas yığmalarda, həm gənclərdə. Bu, tam heyətlə məşq etməyimizə mane olsa da, ümumilikdə fasilənin xeyrini gördük.

- Sanki "Sumqayıt"da stabillik çatışmır. Bunu nə ilə əlaqələndirmək olar?

- Bu, zaman məsələsidir. Heyətimizdə yayda ciddi dəyişikliklər oldu. Komandada yeni futbolçuların sayı çoxdur. Onlar kollektivə indi-indi öyrəşirlər. Çempionat uzun marafondur. Eniş də olur, bəzən konsentrasiya da çatmır. Daha çox çalışmaq lazımdır. İnanıram ki, gələn matçlarda da yaxşı oyun sərgiləyəcəyik.

- Növbəti turda "Zirə" ilə qarşılaşacaqsınız. Uğurlu çıxışı həmin matçda da davam etdirməyiniz realdır?

- Bu qələbə bizə inam verəcək. "Zirə" güclü rəqibdir. Bizim üçün çətin olacaq. Yaxşı hazırlaşmalıyıq.

- Millinin daha bir toplanışı geridə qaldı və sizi yenə də heyətdə görmədik. Halbuki çempionatda mütəmadi oynayan 2-3 yerli qapıçıdan birisiniz. Oynamayanların yığmaya dəvət alması sizə necə təsir edir?

- Qərarı məşqçilər korpusu qəbul edir. Mən də buna hörmətlə yanaşıram. Bu, onların seçimidir. Məşqçilərin seçimini şərh etmək ixtiyarım yoxdur. Üzərimdə daha çox çalışmalıyam. Layiq bilsələr, dəvət göndərəcəklər.

Son xəbərlər

Bu gün
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası - Bir sıra kəndlər düşməndən təmizlənib

Bu gün
Dünən, 19:00

Saray sakinlərinin sevinci uzun çəkmədi

Bu gün
Dünən, 18:41

Sumqayıtda tanınmış gimnaziyanın şagirdləri sinifsiz qalıb

Mənim Şəhərim
Dünən, 18:16

SDU-nun tələbəsi olmuş müəllimdən MAKSİMUM NƏTİCƏ

Bu gün
Dünən, 18:00

STM-də görüş keçirilib

Bu gün
Dünən, 17:34

7 illik vergi güzəşti ləğv olunur

Bu gün
Dünən, 17:10

Yaşayış minimumu və ehtiyac meyarı ARTIRILIR

İdman
Dünən, 16:42

Sumqayıt stadionu "Araz-Naxçıvan"nın oyunlarına ev sahibliyi edəcək

Bu gün
Dünən, 16:17

Ətin qiyməti bahalaşdı

İdman
Dünən, 15:50

"Azərbaycan çempionatında hər oyun çətin keçir" - "Sumqayıt"ın legioneri

Bu gün
Dünən, 15:21

AZAL-ın təyyarə qəzası ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

Bu gün
Dünən, 14:58

Milli Qəhrəman Şükür Həmidovun anım günüdür

Bu gün
Dünən, 14:29

Prezidentdən dabaq xəstəliyi ilə bağlı FƏRMAN

Yollar və Küçələr
Dünən, 14:01

Sumqayıtda poçt ərazisində şirniyyat sexi açmaq istəyirlər - ŞİKAYƏT

Bu gün
Dünən, 13:35

Sumqayıtda 71 yaşlı kişi yıxılıb ÖLDÜ

Bu gün
Dünən, 13:18

Sumqayıtın hava proqnozu açıqlanıb

Bu gün
Dünən, 12:50

Azərbaycan niyə ürək çatışmazlığına görə ön sıralardadır?

Bu gün
Dünən, 12:21

Bu həkimlərə maaşa əlavələr veriləcək

İdman
Dünən, 11:55

"Atletik" "Qarabağ"la oyuna bu heyətlə çıxacaq

Kommunal Məsələlər
Dünən, 11:24

Coratda qaz təchizatında fasilə olacaq

Mənim Şəhərim
Dünən, 11:04

Sumqayıtda yenidənqurma işləri aparılır

İdman
Dünən, 10:40

"Qarabağ" bu gün "Atletik Bilbao" ilə qarşılaşacaq

İdman
Dünən, 10:13

Sumqayıt regional yarışa hazırlaşır

Bu gün
Dünən, 09:46

Sumqayıtda 958 min manatlıq tender ləğv edildi

Oxşar xəbərlər