top
Sumqayıtın məşqçisi Avropanın böyük klubuna gedəcək
18 oktyabr 2025, 09:50
- +

"Sumqayıt"ın məşqçisi Avropanın böyük klubuna gedəcək

"Sumqayıt"ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Cavadov Report.az-a müsahibə verib.

O, PRO kateqoriyalı məşqçilik kursları çərçivəsində Niderlandda - "Tvente"də təcrübə keçməsindən danışıb.

Mütəxəssis səfər zamanı həm əsas komandanın, həm də "Tvente" akademiyasının məşqlərini izlədiyini söyləyib.

- Niderlanda səfərinizin təfərruatlarından danışardınız. Təşəbbüs kim tərəfindən oldu?

- Mənim təşəbbüsüm idi. Qarşı tərəfə təşəkkür edirəm ki, bu istəyimi qəbul edib, mənə vaxt ayırdılar. Klubun baş məşqçisi və rəhbərliyi ilə görüşümüz baş tutdu. Onlardan müəyyən məlumatları öyrəndim, klubun bazasını gəzdim. Əvəzində onlar da məndən nə işlə məşğul olduğumu və harada çalışdığımı soruşdular. Orada olduğum müddətdə çox yaxşı məlumatlar topladım. Düşünürəm ki, gördüklərim və öyrəndiklərim məşqçilik karyeramda mənə çox faydalı olacaq.

- Sizi orada necə qarşıladılar?

- Çox yaxşı. Həqiqətən mənə münasibətləri çox xoşuma gəldi. Vaxtilə bu klubda çıxış etdiyimi unutmayıblar.

- Məşqçilik kursları çərçivəsində təcrübə toplamağa "Tvente"dən başlamağınız təsadüfi deyildi...

- Əlbəttə. Vaxtilə bu komandanın heyətində yer almışam. Mənə yaxın olan klubdur. Üstəlik, Niderlandda aşağı yaş qrupları üzrə komandalara önəm verdiklərini bilirəm. "Tvente"də tez-tez yaxşı futbolçular yetişir və onlar əsas komandaya üz tuturlar.

- "Tvente"nin bazasında olarkən nostalji hisslər yaşadınız?

- Çox xoş hisslər yaşadım. "Tvente" çox böyük klubdur. Vaxtilə belə bir komandada azərbaycanlı futbolçunun yer alması təqdirəlayiq bir hal idi. İndi də həmin klubun sabiq futbolçusunun ora qonaq kimi qayıtması maraqlı idi. Bu, mənim üçün xoş hisslər idi.

- Orada tanıdığınız şəxslərdən kimsə qalıb?

- Bəli, komandanın seleksiya işlərini yerinə yetirən, əvəzedicilərdən əsas komandaya futbolçuların göndərilməsində əsas rol oynayan mütəxəssislə qarşılaşdım. Onu görməyimə şad oldum. Futbolçu kimi "Tvente"də çıxış edərkən həmin şəxs orada çalışırdı. Bundan başqa, mənim dönəmimdə olan bəzi futbolçular var idi ki, artıq aşağı yaş qruplarında məşqçi kimi çalışırdılar.

- "Tvente" akademiyasında qazandığınız təcrübə ilə Azərbaycan futboluna nə kimi töhfələr verə biləcəksiniz?

- Əlimdən gələni edəcəyimə əmin ola bilərsiniz. Orada məşq prosesləri çox sürətli keçir. Onların futbola baxış tərzi çox maraqlıdır. Hansısa ən xırda detal futbolçunun inkişafına təkan verəcəksə, ona belə fikir verirlər. Texnologiya baxımından çox irəlidədirlər və hər bir şəraitləri var. Belə bir şəraitin bizdə də olması futbolumuza böyük fayda verərdi.

- "Tvente" klubunda sizi tanıyırlar. Gələcəkdə hansısa yeniyetmə oyunçunun sizin vasitənizlə bu klubun akademiyasında futbolun sirrlərinə yiyələnməsinə nail ola bilərsiniz?

- "Tvente" Futbol Akademiyası adətən başqa ölkələrdən futbolçu seçmir. Sırf Niderland vətəndaşlığı olan futbolçularla işləməyi üstün tuturlar. Vətəndaşlığı olan azərbaycanlı futbolçu olarsa, məmnuniyyətlə kömək göstərməyə çalışaram.

- Gələcəkdə təcrübə toplamaq baxımından hansı ölkələrə yollanmağı düşünürsünüz?

- Məşqçilik təcrübəmi daha da artırmağı düşünürəm. Daim oxuyub, irəli baxmalıyıq. Müasir futbol bunu tələb edir. Növbəti gedəcəyim yer Avropanın daha böyük klublarından biri olacaq. Lakin bu, hələ müəyyənləşməyib.

 

Son xəbərlər

Bu gün
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası - Bir sıra kəndlər düşməndən təmizlənib

Bu gün
Dünən, 19:00

Saray sakinlərinin sevinci uzun çəkmədi

Bu gün
Dünən, 18:41

Sumqayıtda tanınmış gimnaziyanın şagirdləri sinifsiz qalıb

Mənim Şəhərim
Dünən, 18:16

SDU-nun tələbəsi olmuş müəllimdən MAKSİMUM NƏTİCƏ

Bu gün
Dünən, 18:00

STM-də görüş keçirilib

Bu gün
Dünən, 17:34

7 illik vergi güzəşti ləğv olunur

Bu gün
Dünən, 17:10

Yaşayış minimumu və ehtiyac meyarı ARTIRILIR

İdman
Dünən, 16:42

Sumqayıt stadionu "Araz-Naxçıvan"nın oyunlarına ev sahibliyi edəcək

Bu gün
Dünən, 16:17

Ətin qiyməti bahalaşdı

İdman
Dünən, 15:50

"Azərbaycan çempionatında hər oyun çətin keçir" - "Sumqayıt"ın legioneri

Bu gün
Dünən, 15:21

AZAL-ın təyyarə qəzası ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

Bu gün
Dünən, 14:58

Milli Qəhrəman Şükür Həmidovun anım günüdür

Bu gün
Dünən, 14:29

Prezidentdən dabaq xəstəliyi ilə bağlı FƏRMAN

Yollar və Küçələr
Dünən, 14:01

Sumqayıtda poçt ərazisində şirniyyat sexi açmaq istəyirlər - ŞİKAYƏT

Bu gün
Dünən, 13:35

Sumqayıtda 71 yaşlı kişi yıxılıb ÖLDÜ

Bu gün
Dünən, 13:18

Sumqayıtın hava proqnozu açıqlanıb

Bu gün
Dünən, 12:50

Azərbaycan niyə ürək çatışmazlığına görə ön sıralardadır?

Bu gün
Dünən, 12:21

Bu həkimlərə maaşa əlavələr veriləcək

İdman
Dünən, 11:55

"Atletik" "Qarabağ"la oyuna bu heyətlə çıxacaq

Kommunal Məsələlər
Dünən, 11:24

Coratda qaz təchizatında fasilə olacaq

Mənim Şəhərim
Dünən, 11:04

Sumqayıtda yenidənqurma işləri aparılır

İdman
Dünən, 10:40

"Qarabağ" bu gün "Atletik Bilbao" ilə qarşılaşacaq

İdman
Dünən, 10:13

Sumqayıt regional yarışa hazırlaşır

Bu gün
Dünən, 09:46

Sumqayıtda 958 min manatlıq tender ləğv edildi

Oxşar xəbərlər