Futbol üzrə Misli Premyer Liqasında 10-cu turun oyun cədvəli məlum olub.
Sumqayit24.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, görüşlər dörd günü əhatə edəcək. "Sumqayıt" futbol klubu bu turda "Araz-Naxçıvan"ı qəbul edəcək.
Oyun 2 noyabr saat 18:30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.