Sumqayıtlı gənc idmançı çempion olub.
Sumqayit24.az-ın məlumatına görə, Meksikanın Quadalaxara şəhərində cüdo üzrə Qran-Pri turniri keçirilir. Azərbaycan yığmasının heyətində mübarizə aparan Ruslan Paşayev (-66 kq) finalda finlandiyalı Lukas Sahanı məğlub edərək qızıl medal qazanıb.
Qeyd edək ki, ölkəmizin digər təmsilçilərindən Balabət Ağayev qızıl, Əhməd Yusifov isə bürünc medala layiq görülüb.