"Sumqayıt" futbol klubunun rəqibi "Karvan-Yevlax" üçün yeni avtobus alınıb.
Sumqayit24.az xəbər verir ki, klubun rəhbərliyi tərəfindən komanda üçün yeni avtobus alındığı bildirilib. Yeni nəqliyyat vasitəsi əsas komandanın ixtiyarına verilib. Kollektiv həmin nəqliyyat vasitəsilə ilk dəfə bu gün Sumqayıta gələcək.
Xatırladaq ki, "Karvan-Yevlax" bu gün Misli Premyer Liqasının 8-ci turu çərçivəsində "Sumqayıt"ın qonağı olacaq. Matç saat 18:00-da başlayacaq.