top
Vətən müharibəsinin 26-cı günü – mühüm ərazi və yüksəkliklər azad edilib
Dünən, 00:01
- +

Vətən müharibəsinin 26-cı günü – mühüm ərazi və yüksəkliklər azad edilib

Vətən müharibəsinin 26-ci günü hərb tariximizdə şanlı və parlaq qələbələrlə yadda qalıb. Həmin gün igid Azərbaycan əsgəri düşmənin tapdağı altında qalan bir sıra yaşayış məntəqələrini işğaldan qurtarıb. Həmçinin Ermənistanın canlı qüvvəsini və texnikası yerlə bir edib.

Sumqayit24.az hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük müharibənin gedişini xronoloji ardıcıllıqla təqdim edir:

Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndlərini işğaldan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün rəsmi "X" (əvvəl "Twitter") səhifəsində bildirib.

Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi işğaldan azad edilib. Bu barədə Prezident İlham Əliyev özünün rəsmi "X" (əvvəl "Twitter") səhifəsində məlumat verib.
 • Prezident İlham Əliyev Türkiyə Respublikasının Baş Ombudsmanını qəbul edib.
 • Cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək mühüm yüksəkliklərdən və bir sıra mövqelərdən geri çəkilməyə məcbur edilib. Düşmənin Xocavənd istiqamətində mövqe tutan 155-ci artilleriya alayının D-20 batareyasının şəxsi heyəti arasında çoxlu sayda yaralanan var. Hadrut qəsəbəsindən şimalda yerləşən artilleriya bölmələrinə yeni gətirilmiş erməni könüllülər atəş mövqelərini tərk edərək qaçıb. Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayın müdafiə sahəsinə endirilən artilleriya zərbələri nəticəsində düşmən çoxsaylı itkilər verib. 543-cü alayın müdafiə sahəsinə endirilən atəş zərbələri nəticəsində şəxsi heyət arasında xeyli itki olub. 1-ci taborun bir bölüyünün şəxsi heyəti isə döyüşə girməkdən imtina edib.
 • Müdafiə Sənayesi Nazirliyinin müəssisələri yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik "İti qovan" pilotsuz uçuş aparatlarının seriyalı istehsalına başlayıb.
 • Ermənistan ordusu Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atıb.
 • Ermənistan ordusunun hərbçiləri döyüşlərdə iştirakdan imtina edir. Yerli sakinlər övladlarının döyüşlərdə iştirak etməsinə etiraz əlaməti olaraq bəzi avtomobil yollarını bağlayıblar. Hadrutdan şimaldakı müdafiə zolağında və Ağdərədəki 5-ci dağatıcı alayın müdafiə sahəsindəki hərbçilərə qohumları və tanışları telefonla zəng edərək onlara silahı yerə qoyub geri çəkilmələri barədə çağırış edir. Düşmən bölmələrində ərzaq, yanacaq və döyüş sursatlarının çatışmadığı barədə də məlumatlar daxil olur.
 • Müdafiə Nazirliyi düşmən ordusunun ələ keçirilən növbəti hərbi texnikalarının videogörüntüsünü paylaşıb.
 • Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonları istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib.
 • Düşmənin Siyəzən istiqamətində atdığı ballistik raket dənizə düşüb.
 • Müdafiə Nazirliyi Azərbaycan Ordusunun artilleriya bölmələrinin düşmənin atəş nöqtələrinə və mövqelərinə dəqiq və sarsıdıcı zərbələr vurmasını əks etdirən videogörüntüləri təqdim edib.
 • Azərbaycan Ordusunun cəbhənin Qubadlı, Xocavənd və Ağdərə istiqamətində keçirdiyi əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələri şəxsi heyət və döyüş texnikası baxımından ağır itkilər verərək mühüm yüksəkliklərdən və bir sıra mövqelərdən geriyə çəkilməyə məcbur edilib. 155-ci artilleriya, 5-ci dağatıcı və 543-cü alaylarına ordumuzun vurduğu artilleriya zərbələri nəticəsində komandir heyəti daxil olmaqla, çoxlu sayda canlı qüvvə məhv edilib, yaralanıb və itkin düşüb. Düşmənin yeraltı sığınacaqları dağıdılıb.
 • Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb.

Son xəbərlər

Bu gün
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası - Bir sıra kəndlər düşməndən təmizlənib

Bu gün
Dünən, 19:00

Saray sakinlərinin sevinci uzun çəkmədi

Bu gün
Dünən, 18:41

Sumqayıtda tanınmış gimnaziyanın şagirdləri sinifsiz qalıb

Mənim Şəhərim
Dünən, 18:16

SDU-nun tələbəsi olmuş müəllimdən MAKSİMUM NƏTİCƏ

Bu gün
Dünən, 18:00

STM-də görüş keçirilib

Bu gün
Dünən, 17:34

7 illik vergi güzəşti ləğv olunur

Bu gün
Dünən, 17:10

Yaşayış minimumu və ehtiyac meyarı ARTIRILIR

İdman
Dünən, 16:42

Sumqayıt stadionu "Araz-Naxçıvan"nın oyunlarına ev sahibliyi edəcək

Bu gün
Dünən, 16:17

Ətin qiyməti bahalaşdı

İdman
Dünən, 15:50

"Azərbaycan çempionatında hər oyun çətin keçir" - "Sumqayıt"ın legioneri

Bu gün
Dünən, 15:21

AZAL-ın təyyarə qəzası ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

Bu gün
Dünən, 14:58

Milli Qəhrəman Şükür Həmidovun anım günüdür

Bu gün
Dünən, 14:29

Prezidentdən dabaq xəstəliyi ilə bağlı FƏRMAN

Yollar və Küçələr
Dünən, 14:01

Sumqayıtda poçt ərazisində şirniyyat sexi açmaq istəyirlər - ŞİKAYƏT

Bu gün
Dünən, 13:35

Sumqayıtda 71 yaşlı kişi yıxılıb ÖLDÜ

Bu gün
Dünən, 13:18

Sumqayıtın hava proqnozu açıqlanıb

Bu gün
Dünən, 12:50

Azərbaycan niyə ürək çatışmazlığına görə ön sıralardadır?

Bu gün
Dünən, 12:21

Bu həkimlərə maaşa əlavələr veriləcək

İdman
Dünən, 11:55

"Atletik" "Qarabağ"la oyuna bu heyətlə çıxacaq

Kommunal Məsələlər
Dünən, 11:24

Coratda qaz təchizatında fasilə olacaq

Mənim Şəhərim
Dünən, 11:04

Sumqayıtda yenidənqurma işləri aparılır

İdman
Dünən, 10:40

"Qarabağ" bu gün "Atletik Bilbao" ilə qarşılaşacaq

İdman
Dünən, 10:13

Sumqayıt regional yarışa hazırlaşır

Bu gün
Dünən, 09:46

Sumqayıtda 958 min manatlıq tender ləğv edildi

Oxşar xəbərlər