Sumqayıtda yanğın hadisəsi baş verib.
Sumqayit24.az xəbər verir ki, ümumi sahəsi 150 kv.m olan tikilinin içərisində ev əşyaları 30 kv.m sahədə yanıb. Tikili yanğından mühafizə olunub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən alovun qarşısı alınıb.