Oktyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Sumqayıtda sabah arabir yağış yağacağı gözlənilir. Səhər qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 13-16, gündüz 18-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm-ə yüksələcək. Nisbi rütubət 70-80% təşkil edəcək.