top
Sumqayıtda ustad dərsləri YEKUNLAŞIB
20 oktyabr 2025, 15:22
- +

Sumqayıtda ustad dərsləri YEKUNLAŞIB

Sumqayıtda dahi bəstəkar, musiqişünas, pedaqoq Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr edilən silsilə ustad dərsləri başa çatıb.

Sumqayit24.az xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı – Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıtda 8-18 oktyabr tarixlərini əhatə edən layihə musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün həyata keçirilib.

15 oktyabr tarixində Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbində tar ixtisası üzrə ustad dərsi təşkil edilib. Görkəmli tarzən, pedaqoq, Xalq artisti, professor Vamiq Məmmədəliyev tərəfindən aparılan dərsdə qeyd olunan təhsil ocağı ilə yanaşı, regional idarənin tabeliyindəki bir sıra məktəblərdən də müəllim və şagirdlər iştirak ediblər.

Ustad dərslərinin əvvəlində MEMİM-in şöbə müdirləri – sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Cəmilə Mirzəyeva, Əməkdar mədəniyyət işçisi Lalə Kərimova, mərkəzin mütəxəssisi Leyla Rzayeva, eləcə də Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi Mədəniyyət müəssisələri ilə iş sektorunun müdiri Zaur Cəfərov çıxış edərək layihənin istedadlı uşaq və gənclərin inkişafındakı xüsusi önəmindən danışıblar. 12 ixtisas üzrə keçirilən ustad dərslərinin dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr edilməsinin təsadüfi olmadığı bildirilib. Qeyd edilib ki, Üzeyir bəy görkəmli təhsil təşkilatçısı kimi ölkəmizdə musiqi tədrisinin formalaşması və inkişafında müstəsna xidmətlər göstərib.

İcra olunan bütün ustad dərslərində tanınmış mütəxəssislər uşaq və gənclərə, həmçinin müəllimlərə dəyərli tövsiyələrini veriblər ki, bu da onların peşəkar inkişafında, gələcək fəaliyyətində olduqca faydalıdır.

Bildirək ki, ustad dərsləri musiqi və incəsənət məktəblərində tədris prosesinin ixtisas proqramlarının tələblərinə uyğunlaşdırılması, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, şagirdlərin bilik və bacarıqlarının zənginləşdirilməsi məqsədilə həyata keçirilib.

Onu da əlavə edək ki, böyük musiqi xadimi Üzeyir Hacıbəylinin 140 illiyinə töhfə olan ustad dərsləri tar, kamança, saz, balaban, qanun, xanəndəlik, fortepiano, violin, klarnet, violonçel, vokal və rəqs ixtisaslarını əhatə edib.

Son xəbərlər

Bu gün
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası - Bir sıra kəndlər düşməndən təmizlənib

Bu gün
Dünən, 19:00

Saray sakinlərinin sevinci uzun çəkmədi

Bu gün
Dünən, 18:41

Sumqayıtda tanınmış gimnaziyanın şagirdləri sinifsiz qalıb

Mənim Şəhərim
Dünən, 18:16

SDU-nun tələbəsi olmuş müəllimdən MAKSİMUM NƏTİCƏ

Bu gün
Dünən, 18:00

STM-də görüş keçirilib

Bu gün
Dünən, 17:34

7 illik vergi güzəşti ləğv olunur

Bu gün
Dünən, 17:10

Yaşayış minimumu və ehtiyac meyarı ARTIRILIR

İdman
Dünən, 16:42

Sumqayıt stadionu "Araz-Naxçıvan"nın oyunlarına ev sahibliyi edəcək

Bu gün
Dünən, 16:17

Ətin qiyməti bahalaşdı

İdman
Dünən, 15:50

"Azərbaycan çempionatında hər oyun çətin keçir" - "Sumqayıt"ın legioneri

Bu gün
Dünən, 15:21

AZAL-ın təyyarə qəzası ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

Bu gün
Dünən, 14:58

Milli Qəhrəman Şükür Həmidovun anım günüdür

Bu gün
Dünən, 14:29

Prezidentdən dabaq xəstəliyi ilə bağlı FƏRMAN

Yollar və Küçələr
Dünən, 14:01

Sumqayıtda poçt ərazisində şirniyyat sexi açmaq istəyirlər - ŞİKAYƏT

Bu gün
Dünən, 13:35

Sumqayıtda 71 yaşlı kişi yıxılıb ÖLDÜ

Bu gün
Dünən, 13:18

Sumqayıtın hava proqnozu açıqlanıb

Bu gün
Dünən, 12:50

Azərbaycan niyə ürək çatışmazlığına görə ön sıralardadır?

Bu gün
Dünən, 12:21

Bu həkimlərə maaşa əlavələr veriləcək

İdman
Dünən, 11:55

"Atletik" "Qarabağ"la oyuna bu heyətlə çıxacaq

Kommunal Məsələlər
Dünən, 11:24

Coratda qaz təchizatında fasilə olacaq

Mənim Şəhərim
Dünən, 11:04

Sumqayıtda yenidənqurma işləri aparılır

İdman
Dünən, 10:40

"Qarabağ" bu gün "Atletik Bilbao" ilə qarşılaşacaq

İdman
Dünən, 10:13

Sumqayıt regional yarışa hazırlaşır

Bu gün
Dünən, 09:46

Sumqayıtda 958 min manatlıq tender ləğv edildi

Oxşar xəbərlər