Sumqayıtda hər səhər məktəbə gedən şagirdlər həyatlarını riskə atırlar.
Sosial şəbəkələrdə yayılan görüntülərdə 17 nömrəli "bağ" avtobusunda sıxlığın dözülməz həddə çatdığı, uşaqların isə avtobusun qapısından sallanaraq getdiyi əks olunub.
Sakinlər məsul qurumlardan bu təhlükəli vəziyyətə təcili müdaxilə tələb edirlər.