Sumqayıtda faciəvi şəkildə vəfat edən şəxsin həyatı ilə bağlı yeni təfərrüatlar məlum olub.
Xəbər verdiyimiz kimi, srağagün axşam saatlarında Heydər Əliyev parkında 48 yaşlı Vüqar Söhrab oğlu Abbasov qəfil yıxılaraq dünyasını dəyişib. Məlum olub ki, mərhum 11 övlad atası idi.
Sumqayit24.az-ın əldə etdiyi məlumata görə, Vüqar Abbasov ailəsi ilə son dərəcə ağır şəraitdə yaşayıb. Onların şəxsi evləri olmayıb və uzun müddətdir kirayədə qalırlar. Ailənin bütün yükü, yəni 11 uşağın gələcəyi, təhsili və gündəlik ehtiyaclarının qarşılanması artıq ciddi suallar doğrurur.
Bu faciə həm Sumqayıt sakinlərini, həm də ümumilikdə cəmiyyəti dərindən sarsıdıb.
Ümid edirik ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət qurumları bu çoxuşaqlı ailəyə dəstək göstərəcək və onların üzləşdiyi çətinliklərə biganə qalmayacaqlar.