Sumqayıtda 42 yaşlı kişi qəfil dünyasını dəyişib.
Sumqayit24.az-a daxil olan məlumata görə, şəhərin 41 a ünvanında yaşayan Akif Abgül oğlu Baxşıyev
gecə mədəsi narahat olduğu üçün ailəsi təcili tibbi yardım çağırıb və vurulan iynədən sonra o, dünyasını dəyişib.
Mərhumun ailəsi iddia edir ki, həkimin vurduğu iynədən sonra sözügedən şəxs həyatını itirib.
Məsələ ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilirdi ki, 21.10.2025-ci il tarixində saat 00:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri ərazisindən təcili çağırış daxil olub.
Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1983-cü il təvvəllüdlü (kişi cinsli) şəxsə kəskin koronar sindrom, kardiogen şok diaqnozu qoyulub və ilkin tibbi yardımın həyata keçirilməsinə baxmayaraq həkim yanında ölüm qeydə alınıb.