Sumqayıtda bir neçə çoxmənzilli yaşayış binasının fasadının əsaslı təmiri həyata keçiriləcək.
Baku.ws-in məlumatına görə, layihəni Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi reallaşdıracaq.
Tenderin məqsədi şəhər mənzərəsinin yenilənməsi və binaların estetik görünüşünün yaxşılaşdırılmasıdır. Təmirin nəticəsində sözügedən binaların həm fasad görünüşü, həm də izolyasiya keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşacaq.