top
Füzulinin işğaldan azad olunmasından 5 il ötür
17 oktyabr 2025, 00:06
- +

Füzulinin işğaldan azad olunmasından 5 il ötür

 

Vətən müharibəsinin 21-ci günündə Azərbaycan ordusu bir sıra əhəmiyyətli və parlaq qələbələrə imza atıb. İgid, qorxmaz hərbçilərimiz düşmənin canlı qüvvəsini məhv edib, çox sayda texnikasını sıradan çıxarıb. Ordumuzun cəngavərləri sağ qalan erməni əsgərlərini ardına baxmadan qaçmağa məcbur edib.

Sumqayit24.az 17 oktyabr 2020-ci ilin xronikasını təqdim edir:

Füzuli şəhəri və rayonun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi işğalçılardan azad edilib. Azərbaycan Prezidenti İlham Əliyev bununla əlaqədar xalqa müraciət edib.

Ermənistan silahlı qüvvələri gecə saat 01 radələrində Gəncə şəhərinin mərkəzi hissələrini raket atəşinə tutub.

Bu xain hücum nəticəsində 13 nəfər həlak olub, 48 nəfər xəsarət alıb. Həmçinin çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Gəncəyə növbəti raket hücumu ilə bağlı rəsmi instaqram səhifəsində paylaşım edib.

Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 7 ədəd T-72 tankı, 2 ədəd BM-21 "Qrad" YARS qurğusu, 8 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları, döyüş sursatı ilə yüklənmiş 10 ədəd yük maşını və 7 ədəd digər avtomobil texnikası məhv edilib. Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının 1-ci taboru xeyli itki verərək mövqelərini atıb və geri çəkilib. Həmçinin Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında ehtiyatdan çağırılmış 300 nəfərədək hərbi qulluqçu döyüş mövqelərini özbaşına tərk edib.

Müdafiə Nazirliyi düşmənin S-300 zenit-raket kompleksinin məhv edilməsinin videogörüntülərini paylaşıb.

Ermənistan silahlı qüvvələrinə məxsus bir ədəd Su-25 təyyarəsi və taktiki PUA-sı bölmələrimizin dəqiq atəşi ilə vurulub.

Düşmənin yanacaq-sürtkü materialları və döyüş sursatı anbarları Azərbaycan Ordusunun aviasiya zərbələri ilə darmadağın edilib.

Ermənistan silahlı qüvvələrinə məxsus üç ədəd "Tor-M2KM" və bir "S-125" zenit-raket kompleksi, 1 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi Azərbaycan Ordusunun bölmələrinin dəqiq zərbələri ilə sıradan çıxarılıb.

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 17-si saat 12:00-dək 60 mülki şəxs həlak olub, 270 nəfər xəsarət alıb, 1704 ev, 90 çoxmənzilli yaşayış binası və 327 mülki obyekt yararsız vəziyyətə düşüb.

Son xəbərlər

Bu gün
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası - Bir sıra kəndlər düşməndən təmizlənib

Bu gün
Dünən, 19:00

Saray sakinlərinin sevinci uzun çəkmədi

Bu gün
Dünən, 18:41

Sumqayıtda tanınmış gimnaziyanın şagirdləri sinifsiz qalıb

Mənim Şəhərim
Dünən, 18:16

SDU-nun tələbəsi olmuş müəllimdən MAKSİMUM NƏTİCƏ

Bu gün
Dünən, 18:00

STM-də görüş keçirilib

Bu gün
Dünən, 17:34

7 illik vergi güzəşti ləğv olunur

Bu gün
Dünən, 17:10

Yaşayış minimumu və ehtiyac meyarı ARTIRILIR

İdman
Dünən, 16:42

Sumqayıt stadionu "Araz-Naxçıvan"nın oyunlarına ev sahibliyi edəcək

Bu gün
Dünən, 16:17

Ətin qiyməti bahalaşdı

İdman
Dünən, 15:50

"Azərbaycan çempionatında hər oyun çətin keçir" - "Sumqayıt"ın legioneri

Bu gün
Dünən, 15:21

AZAL-ın təyyarə qəzası ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

Bu gün
Dünən, 14:58

Milli Qəhrəman Şükür Həmidovun anım günüdür

Bu gün
Dünən, 14:29

Prezidentdən dabaq xəstəliyi ilə bağlı FƏRMAN

Yollar və Küçələr
Dünən, 14:01

Sumqayıtda poçt ərazisində şirniyyat sexi açmaq istəyirlər - ŞİKAYƏT

Bu gün
Dünən, 13:35

Sumqayıtda 71 yaşlı kişi yıxılıb ÖLDÜ

Bu gün
Dünən, 13:18

Sumqayıtın hava proqnozu açıqlanıb

Bu gün
Dünən, 12:50

Azərbaycan niyə ürək çatışmazlığına görə ön sıralardadır?

Bu gün
Dünən, 12:21

Bu həkimlərə maaşa əlavələr veriləcək

İdman
Dünən, 11:55

"Atletik" "Qarabağ"la oyuna bu heyətlə çıxacaq

Kommunal Məsələlər
Dünən, 11:24

Coratda qaz təchizatında fasilə olacaq

Mənim Şəhərim
Dünən, 11:04

Sumqayıtda yenidənqurma işləri aparılır

İdman
Dünən, 10:40

"Qarabağ" bu gün "Atletik Bilbao" ilə qarşılaşacaq

İdman
Dünən, 10:13

Sumqayıt regional yarışa hazırlaşır

Bu gün
Dünən, 09:46

Sumqayıtda 958 min manatlıq tender ləğv edildi

Oxşar xəbərlər