Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt Dövlət Universitetində nümunəvi dərs keçirilib.
Sumqayit24.az Nazirliyə istinadən xəbər verir ki, tədbirlərin keçirilməsində məqsəd müəssisə əməkdaşlarının mülki müdafiə sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi və onlara əməli vərdişlərin aşılanması olub.
Tədbirlər zamanı müəssisələrin müvafiq heyətinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Sonda əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.